Kirayəçi qonşuya maddi zərər vurubsa, məsuliyyəti kim daşıyır?

İQTİSADİYYAT
22:45 / 21.06.2024
375

Redaksiyamıza izləyici şikayəti daxil olub.

Qənirə Zeynalova yazıb ki, evini yenicə təmirdən çıxarıb. Yuxarı qonşu isə suyu açıq qoyub və evinin təmiri yararsız hala düşüb. Qonşu kirayəçi olduğu üçün vurduğu zərəri ödəmək istəmir. Belə halda nə etmək olar?

Hüquqşünas Elvin Babayev Hit.az-a verdiyi açıqlamada bildirib ki, Mülki Məcəllənin 1111.2-ci bəndinə əsasən binadan nəyinsə atılması, düşürülməsi və axıdılması nəticəsində zərər vurulubsa , məsuliyyəti həmin evdə yaşayan şəxs daşıyır. Bu kirayəçi də ola bilər. Qonşu vurduğu zərəri ödəməlidir.

 Lakin zərər qarşısıalınmaz qüvvənin və ya zərərçəkmiş şəxsin təqsiri üzündən baş verərsə , müəyyən istisnalar qəbul edilir.

Murad

0