Akif Nəsirli: "Ət məhsulları bazarında kifayət qədər saxta məhsul var"

İQTİSADİYYAT
20:20 / 21.06.2024
426

"Ət məhsulları bazarında kifayət qədər saxta məhsul var".

Bu sözləri Hit.az-a aqrar sahə üzrə ekspert Akif Nəsirli deyib. 

O bildirib ki, son zamanlar əhali daha çox idxal olunan ət məhsullarına üstünlük verir: 

"İstehlakçılar "Rusiya kolbasasanın" daha keyfiyyətli olacağını düşünür. Bu səbəbdən də idxal olunan kolbasa məhsullarına tələbat çoxalıb. Təlabat artsa da təklif o qədər də geniş deyil. Təklif az olduğu üçün idxal məhsulların qiyməti bahalaşır".

Xatırladaq ki, bu ilin ilk 4 ayı ərzində Azərbaycana xarici ölkələrdən 1 823,6 ton ətdən və əlavə ət məhsullarından hazırlanan kolbasalar və analoji məhsullar idxal edilib. İdxal olunan kolbasanın 82%-i və ya 1 450 tonu Rusiyadan gətirilib. 

Sevinc

0