Əmək Məcəlləsinin 70-ci maddəsinin C bəndi ilə, yəni vəzifəsini icra etməmək, əmək qaydalarıı kobud şəkildə pozmaq kimi ittihamlarla işdən çıxarılan adamı yenidən işə götürürlər?
Bu sualla Həsən Ağayev saytımıza müraciət edib.
O bildirib ki, son iş yerində əmək kitabçasına bu bəndlə işdən çıxarılmasına dair qeyd yazılıb.
Hit.az-ın bu sualına cavab verən vəkil Teymur Teymurxanov bildirib ki, əmək kitabçasına bu bənd yazılan adamın işə götürülməməsi barədə yayılan xəbərlər məntiqə uyğun deyil. Vətəndaş başqa yerdə asanlıqla işləyə bilər. Əgər həmin maddənin əmək kitabçasına yazılmasına razı deyilsinizsə, 1 ay ərzində məhkəməyə müraciət edib, bu bəndin pozulmasını tələb edə bilərsiniz.
Murad