Aydın Hüseynov: Azərbaycanda “yaşıl enerji”yə böyük investisiya qoyuluşları gözlənilir

17:17 / 24.06.2024
400

“Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir”. 

Bu sözləri Hit.az-a millət vəkili Aydın Hüseynov deyib. 

O bildirib ki, bərpa olunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt proqnozlaşdırılır. Bərpa olunan enerji mənbələrinin iqtisadi potensialı 27 QVt, o cümlədən, külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir: 

“Bu resursların davamlı hidrogen ixracına imkan verəcəyi istisna olunmur. Bu isə xarici investorların marağını daha da artırır:

 “Azərbaycan “yaşıl enerji”yə dair beynəlxalq hesabatlarda da potenisal “yaşıl ölkə” kimi qiymətləndirilir. Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin 2024-cü il üzrə hesabatında qeyd olunur ki, Azərbaycan 2014-2023-cü illər ərzində bərpa olunan enerji ehtiyatlarını 567 meqavat artıraraq, 1688 meqavata çatdırıb. Xüsusilə də hidroenerji ehtiyatlarının istehsalında böyük istehsal göstəriciləri qeydə alınıb. Belə ki, 2023-cü ildə Azərbaycanda hidroenergetika gücü 2014-cü illə müqayisədə 224 meqavat artaraq 1302 meqavata çatıb”.

Sevinc
 

0