Banklar cəzbedici krediti faizi təklifləri yalan imiş

İQTİSADİYYAT
21:33 / 25.06.2024
407

“Banklar müştəri cəlb etmək üçün müxtəlif üsullara əl atır”. 

Bu sözləri Hit.az-a bank sahəsi üzrə ekspert Əkrıəm Həsənov deyib. 

O bildirib ki, banklar adətən filan faizdən başlayaraq, kredit verilişinin mümkün olması barədə məlumatlar yayır:

“Vətəndaşların telefonuna şirnikləndirici reklam xarekterli mesajlar göndərilir. Bu hal dəfələrlə təkrar edilir. Ya da sosial mediada banklar geniş reklam aparır. Reklam mətnində cəzbedici reklam faizi səslənir. Müştəriyə birmənalı şəkildə kredit və faizlə bağlı bilgi verib sözünə əməl etmirsə, vəziyyət dəyişir. Bu artıq yalan reklam sayılır. Bu halda vətandaşın Mərkəzi Banka şikayət etmə haqqı var".

Sevinc

0