"Azərbaycan ənənəvi enerji ilə yanaşı, bərpaolunan enerji sahəsində də öz sözünü deyir. Bərpaolunan enerji yatırılan investisiyaların həcmi artmaqda davam edir. Bu sahəyə qoyulan investisiyalarin artması gələcəyin təminatı üçün önəmlidir".
Bu fikri Hit.az-a iqtisadçı professor Elşad Məmmədov deyib.
"İnvestisiya artımı ona görə önəmlidir ki, pul kütləsi ölkə iqtisadiyyatında böyük həcmdə deyil . İnflyasiyanın artımı ilə bağlı böyük imkanlar var. Həmçinin, Azərbaycanda daxili alıcılıq qabiliyyətinin artması ilə bağlı böyük imkanlar var. Alıcılıq qabiliyyəti həm biznes sektoruna, həm də fiziki şəxslərin birbaşa ev təsərrüfatları kanalları üzrə istehlakçının artması imkanlarını nəzərə aldıqda böyük potensiala malikdir. Pul kütləsi artarsa, alıcılıq qabiliyyəti də artacaq. Bütün bunlar alternativ enerjinin inkişafı üçün əsas yaradır. Əminliklə deyə bilərik ki, Azərbaycanda bərpa olunan enerjinin inkişafı üçün imkanlar mövcuddur", deyə ekspert əlavə edib.
Sevinc