Ezamiyyətə gedərkən yolda keçən müddət iş saatı hesab olunur?

İQTİSADİYYAT
15:20 / 27.06.2024
151

Bir çoxlarını bu sual düşündürür. Ezamiyyətə gedərkən yolda keçən müddət iş saatı hesab olunur?

Əmək məsələləri üzrə ekspert Əyyub Vəlinin Hit.az-a dediyinə görə, yolda keçən saatlar  ezamiyyət saatlarıdır və əmək haqqına mütləq hesablanır:

“Əgər işçinin çalışdığı şirkət yol üçün bileti və qidalanma və qalmaq üçün mehmanxana xərclərini özü ödəmirsə,  ezamiyyətə gedən əməkdaşa bu pul şəklində ödənilməlidir. Səfərin çətinliyi, müddəti, gecə saatlarına düşməsi 7də nəzərə alınmaqla şirkət tərəfindən  işçiyə əlavə ödəniş nəzərdə tutula bilər”,- deyə o qeyd edib.

Murad

0