"Dolu yağan yerlərə ciddi ziyan dəyir. Tez-tez yağan yağışlar da meyvələrdə, xüsusilə , narda xəstəlik yaradır. Buna görə ola bilsin ki, payız meyvələrindən bu il nar qıt olacaq. Yağış və dolunun yağması məhsuldarlığa təsir edə bilər. Haraya dolu düşübsə, orada məhsuldarlığa ciddi ziyan dəyib" .
Bu sözləri Hit.az-a aqrar sahə üzrə ekspert Akif Nəsirli deyib.
O bildirib ki, regionlarda yağış və dolunun yağması meyvə-tərəvəzin yığımına təsir göstərir. Yığım gecikdikdə isə yetişmiş meyvələrin vaxtı keçir:
"Bu hal məhsuldarlığı aşağı salır. Yağıntılı hava şəraiti hənd təsərrüfatı məhsullarının qiymətinə təsir edəcək. Həmçinin, dolu düşən ərazilərdəki bostan bitkiləri isə məhv olub gedir. Bu hal kənd təsərrüfatı məhsullarının bolluğuna müəyyən təsir göstərir".
Sevinc