Cəbrayılda ilin sonunadək 33 binadan ibarət kompleks istismara veriləcək

İQTİSADİYYAT
16:49 / 28.06.2024
286

Bu ilin sonunadək Cəbrayılda 712 mənzillik 33 binadan ibarət kompleks istismara veriləcək.

Bu barədə Trend-ə Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.

O, bu il Cəbrayıl şəhərinə köçün planlaşdırıldığını qeyd edib.

"Hazırda 712 mənzilli 33 binadan ibarət kompleksin tikintisi demək olar ki, başa çatıb və artıq köçürülmə planlaşdırılıb. Təmir işləri də yekunlaşmaq üzrədir. Bundan başqa, köçürülmənin nəzərdə tutulduğu Xorovlu kəndində də aktiv iş aparılır. Cəbrayılın Şükürbəyli kəndində də fəal tikinti gedir. Zəngilanda həm şəhərin özündə, həm də Cahangirbəyli kəndində mənzillərin və məktəbin tikintisi davam edir. Qubadlıda, Zilanlı və Mahruzlu kəndlərində də aktiv tikinti işləri görülür və keçmiş məcburi köçkünlərin köçürülməsi planlaşdırılır", - o deyib.

0