Bakı-Sumqayıt sərnişindaşıma avtobuslarında yeni tarif müəyyən edilib

İQTİSADİYYAT
22:20 / 30.06.2024
142

Bakı-Sumqayıt sərnişindaşıma avtobuslarında yeni tarif müəyyən edilib.

Qaynarinfo xəbər verir ki, bu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən yenilənən ölkədaxili sərnişindaşıma xidmətləri üzrə tariflərdə əksini tapıb.

Qərara əsasən 30 km-dən 40 km-dək (40 km daxil olmaqla) avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tarifləri 70 qəpik müəyyən edilib.

Qeyd edək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən ictimai nəqliyyat və hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətləri üzrə tariflər yenilənib.

0