Restoranların əlavə servis haqqı tələbi nə dərəcədə düzgündür?

İQTİSADİYYAT
19:41 / 01.07.2024
310

Hit.az redaksiyasına şikayət daxil olub. İzləyicimiz Rəvanə Teymurova bildirib ki, getdiyi restoranda o yeməyin pulunu ödədikdən sonra əlavə servis haqqı da tələb olunub.

Rəvanə xanım soruşur ki, servis haqqını ödəmək istəmədiyinə görə qalmaqal yaşanıb.

“Mən yediyimin pulunu verirəm. Restoran isə xidmət göstərmək üçündür. Ofisianta işinin müqabilində maaş verilir. Mən niyə servis haqqı ödəməliyəm”.

Məsələ ilə bağlı Hit.az-a açıqlama verən hüquqşünas Elvin Babayev bildirib ki, servis haqqının olmasına dair müştəriyə təqdim olunan menyuda öncədən yazılıbsa, xəbərdarlıq varsa, müştəri servis haqqını ödəməlidir. 

“Çünki məlumatı öncədən alıb, istəməsə öncədən restoranı tərk edə bilərdi. Lakin menyuda olmadan servis haqqı tələbi qanunsuzdur”,- deyə o bildirib.

Murad
 

0