“Çin vətəndaşlarının vizasız Azərbaycana gəlməsi olduqca əhəmiyyətlidir. Vizasız rejimin tətbiq edilməsi Azərbaycan iqtisadiyyatının inkişafına səbəb olacaq”.
Bu sözləri Hit.az-a professor, iqtisadçı ekspert Elşad Məmmədli deyib.
O bildirib ki, Çinlə Azərbaycan arasında əməkdaşlığın dərinləşməsi ölkəmizin milli maraqlarına xidmət edir:
“Çin vətəndaşlarının bir il müddətinə Azərbaycana vizasız gəlməsi turizmin inkişafı baxımından da əhəmiyyətlidir. Bu qayda Çinlə Azərbaycan arasında siyasi münasibətlərin inkişaf etməsinə səbəb olacaq”.
Sevinc