İyulun 1-dən ictimai nəqliyyatda ödəniş haqqı 10 qəpik artırılaraq 50 qəpik oldu. Qonşu ölkələr də daxil olmaqla bir sıra ölkələr ictimia nəqliyyatda yeniliklərə imza atıblar. Məsələn Türkiyə, Özbəkistan, Gürcüstan kimi ölkələrdə ictimai nəqliyyatda gediş haqqını bank kartı ilə ödəmək mümkündür. Bundan başqa bu ölkələrdə illik tariflər də mövcuddur. Bu tariflər ictimia nəqliyyatdan gündəlik istifadə edənlər üçün sərfəlidir.
BAKU.TV-yə danışan millət vəkili Vüqar Bayramov xarici təcrübədə vətəndaşların daha uzun müdsətli gedişhaqqı kartları əldə edərək sərfəli qiymətə gediş-gəlişi təmi etdiklöərini bildirib:
"İnkişaf etmiş ölkələrdə, o cümlədən Türkiyənin təcrübəsini nəzərə alaraq ictimia nəqliyyatda gedişhaqqı vasitələrinin təkmilləşdirilməsi vacibdir. Bəzi ölkələrdə həssas qruplar üçün xüsusi güzəştlər var. Aylıq, illik olaraq daha uzunmüddətli gedişhaqı kartları var. Nəticədə onlar bu kartları əldə edərək həmin ölkə vətəndaşları daha az gedişhaqqı ödəyir, daha çox lyol gedir".
Mövzu ilə bağlı danışan nəqliyyat eksperti Elməddin Muradlı isə əvvəla bütün avtobuslarda kart sisteminə keçirilməsinin zəruri olduğunu deyib.
Ətraflı videoda: