"Bakıda taksi sayı kifayət qədər deyil" - Ekspert

İQTİSADİYYAT
14:38 / 05.07.2024
459

"Bu günə qədər taksi sürücüsü fəaliyyəti üçün icazə verilən şəxslərin sayı 11 mini keçib".

Bu sözləri nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, taksi fəaliyyəti üçün təlim keçən sürücülərin sayı isə 24 mindən çoxdur:

"Bu rəqəmlər böyük görünsə də, əslində taksi sayı üçün azdır. Çünki Bakı böyük şəhərdir, əhali sayı çoxdur. Ona görə də bu rəqəmlər az hesab olunur. Hətta insanlar bəzən taksi tapmaqda çətinlik çəkirlər. Bu səbəbdən də zaman-zaman yeni taksi sürücülərinin işə cəlb olunması və taksi sayının artırılması ilə bağlı təkliflər səsləndirilir".

353552

Ekspert qeyd edib ki, paytaxtda taksi sayı kifayət qədər deyil:

"Düşünürəm ki, Bakıda taksilərin sayını artırmaq lazımdır. Həmçinin, kəmiyyət faktoru ilə yanaşı keyfiyyətin də artırılması vacibdir. Təlim keçmiş, nizam-intizamlı və etikalı şəxslər işə cəlb olunmalıdır. Çünki bütün bunlar da çox önəmlidir". 

Pərviz

0