“Hazırda Bakı bazarlarında yaşıl lobya tapılmır. Satışda olan lobyaların çoxu da xarabdır. Bu da hesab edirəm ki, ötən günlərdə bölgələrdə yağan aramsız yağışlarla bağlıdır”.
Bu sözləri Hit.az-a aqrar sahə üzrə ekspert Akif Nəsirli deyib.
O bildirib ki, lobya əkilən torpaqlar yumşaq torpaqdır, yağış yağanda da məhsulun yığılmasında çətinliklər yaranır:
“Bundan dolayı məhsuldarlıq aşağı düşüb. Bunun da səbəbi əlverişsiz hava şəraitidir. Lobya həm də yığımı çətin olan məhsuldur. Bu amillər məhsulu bahalaşdırır. Hazırda bazarda lobyanın 1 kiloqramı 3 manata təklif olunur. Bu isə hazırki mövsümə görə bahadır".
Sevinc