Gələn il Laçın Beynəlxalq Hava Limanı istismara veriləcək

İQTİSADİYYAT
14:40 / 06.07.2024
339

Gələn il ölkəmizin 9-cu Beynəlxalq Hava Limanı Laçında istismara veriləcək.

Hİt.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının iyulun 6-da Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı deyib.

Dövlət başçısı çıxışı zamanı qeyd edib ki, Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan Türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir:

"Artan yükdaşımalarını nəzərə alaraq, hazırda Bakı gəmiqayırma zavodunda 6 gəmi inşa edilir. Gələn il ölkəmizin 9-cu Beynəlxalq Hava Limanı Laçında istismara veriləcək. Ələt Beynəlxalq Ticarət Limanının yükötürmə qabiliyyəti 15 milyon tondan 25 milyon tona qədər genişləndiriləcək".

0