"COP29-un Azərbaycanda keçirilməsi turizm sahəsi üçün də çox önəmlidir" - Ekspert

İQTİSADİYYAT
11:24 / 08.07.2024
301

"Bu ilin payızında Bakıda keçiriləcək COP29 Konfransı Azərbaycanda baş tutacaq ən böyük tədbirlərdən biri olacaq".

Bu sözləri turizm üzrə ekspert Rəhman Quliyev Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, COP29-un ölkəmizdə keçirilməsi tarixi əhəmiyyətə malikdir:

"Üstəlik, bu tədbirə 80-100 min arası xarici qonağın qatılması gözlənilir. Hesab edirəm ki, bu qədər turistin ölkəmizə gəlməsi Azərbaycan üçün həm də turizm reklamı olacaq. Həmçinin, COP29 ərəfəsində dünyanın bir çox ölkəsindən Azərbaycanı ekran qarşısından da izləyəcəklər. Bütün bunlar da turizm sahəsinə ciddi töhfə verəcək".

353707

Ekspert qeyd edib ki, COP29 həm də Azərbaycan turizmi üçün dünyada reklam mənbəyi olacaq:

"Reklamdan əlavə, paytaxtımızda belə mötəbər bir tədbirin keçirilməsi Azərbaycanın dünyada nüfuzunun daha da artmasına gətirib çıxaracaq. Eyni zamanda, ölkəmizə olan güvəni artıracaq. Nəzərə almaq lazımdır ki, bu, həm də Azərbaycanın etibarlı və təhlükəsizlik ölkə olduğunu da göstərəcək. 

Bundan başqa, gələcəkdə işğaldan azad olunmuş ərazilərdə də belə böyük tədbirlərin keçirilə biləcəyini düşünürəm. Bu isə öz növbəsində həmin ərazilərə turist axınına səbəb olacaq".

Pərviz

0