“Bank kreditlərinə olan təlabat yüksəkdir. Elə insanlar var ki, kredit götürmək üçün sələm, lombarda üz tutur. Həmin lombardların faizi 60-dan başlayır. Bank olmayan kredit təşkilatlarının (BOKT) kredit faizi banklartdan daha çoxdur. Bu səbəbdən də bank kreditlərinə təlabat yüksəkdir”.
Bu sözləri Hit.az-a bank sahəsi üzrə ekspert Əkrəm Həsənov deyib.
O bildirib ki, aşağı faizlə kredit verən bankların tələbi olduqca sərtdir:
“Banklar hamının təlabatını təmin edə bilmir. Azərbaycanda kredit faizlərinin yüksək olması kredit riskinin yüksək olması ilə bağlıdır. Yəni kreditin qaytarılmaması ehtimalının yüksək olması, bu zaman yaranan problemlər məcbur edir ki, hamı faizləri yüksək təqdim etsin”.
Sevinc