“Ağıllı kənd” prinsipinə uyğun olaraq yaşayış məntəqələrinin salınmasının əhəmiyyəti

İQTİSADİYYAT
20:29 / 08.07.2024
288

“Şərqi Zəngəzur və Qarabağda məhz “ağıllı kənd” prinsipinə uyğun olaraq, yaşayış məntəqələrinin salınması həyata keçirilir. Şərqi Zəngəzurda Ağalı kəndi, Qarabağda - Füzuli rayonunun Dövlətyarlı kəndində “ağıllı kənd” layihəsi tətbiq edilib”.

Bu fikri Hit.az-a millət vəkili Vüqar Bayramov deyib.

O bildirib ki, Şuşada  imzalanan Qarabağ bəyannaməsi qeyd edilən sahədə əməkdaşlığın genişləndirilməsinə xidmət edəcək: 

“Yaşıl enerji, həm şəhərsalmanın inkişafı baxımından “ağıllı şəhər və kəndlər” konsepsiyasının iqlimə davamlılığının inkişafını təşviq edilməsi olduqca əhəmiyyətlidir”.

Qeyd edək ki, iyulun 6-da Şuşada “Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün Qarabağ Bəyannaməsi” imzalanıb.

Bəyannamədə iqtisadi artımı gücləndirmək, iqlim fəaliyyətini dəstəkləmək üçün türk dövlətləri çərçivəsində “ağıllı şəhər və kəndlər” konsepsiyasının iqlimə davamlılığının inkişafını təşviq edir və bu xüsusda TDT-nin İqlim və Yaşıl Rəqəmsal Platformasının və TDT-nin İqlimə Davamlı Kəndlər Forumunun yaradılması üzrə müzakirələr aparılması qeyd edilib.

Sevinc

0