Ucqar kəndlərdə bankomat çatışmazlığı...

İQTİSADİYYAT
18:40 / 16.07.2024
241

"Bankların ucqar ərazilərdə, kəndlərdə filialı yoxdur. Banklara ucqar ərazilərdə filial və ya bankomat saxlamaq sərf etmir. Kənd ərazilərində olan bankomatlara pul daşımaq banklar üçün əlavə xərc sayılır".

Bu sözləri Hit.az-a bank sahəsi üzrə ekspert Əkrəm Həsənov deyib.

O bildirib ki, banklar özəl kommersiya qurumudur, bu səbəbdən də onlar üçün əsas mənfəət önəmlidir. Hansısa kənd və ya rayonda mənfəət yoxdursa, onlar fəaliyyət göstərməyəcək: 

"Tələb çox, bankomat azdırsa, bu o deməkdir ki, bank öz xidmətlərinin əlçatanlığını təmin etmir. Məlum problemin həll olunmasında aidiyyəti qurumlar da maraqlı olmalıdır. Əhalinin vəziyyəti nəzərə alınmalıdır. Yaşlı şəxs pensiyasını çıxarmaq üçün başqa bir əraziyə gedir, bu isə sərfəli deyil”.

Sevinc

0