Pambıqçılıq sahəsində yeni dövr - Özbəkistanla əməkdaşlıq

İQTİSADİYYAT
17:52 / 17.07.2024
266

“Pambıqçılığın geniş şəkildə inkişaf etdirilməsi perspektivli deyil. Pambıqçılıq sahəsini inkişaf etdirməklə toxuculuğu yüksəltmək olar”.

Bu sözləri Hit.az-a aqrar sahə üzrə ekspert Akif Nəsirli deyib. 

O bildirib ki, pambıq yağı texnologiyasının ölkəmizdə inkişafı müsbətdir:

“Özbəkistanın pambıqçılığın inkişafı ilə bağlı ölkəmizlə əməkdaşlığı təqdirə layiqdir. Daxildə də pambıq istehsalı və becərilməsi mümkündür”. 

Xatırladaq ki, Özbəkistana məxsus "Tukımachı Sanoat Tekstıl" MMC Azərbaycanda 5 müəssisənin yaradılmasına 92,5 milyon manat investisiya yatıracaq.
Şirkət 2025-2029-cu illərdə isə pambıq emalı zavodu, iplik, toxuculuq və tikiş fabrikləri, həmçinin pambıq yağı zavodu quracaq. Özbəklər İmişlidə pambıq sahəsi salacaq və pambıq yağı zavodu açacaqlar.

Sevinc

0