Nə üçün Bakıda satılan meyvə-tərəvəz rayondakılardan daha bahadır?

İQTİSADİYYAT
11:30 / 18.07.2024
411

"Bakıda satılan meyvə-tərəvəzlərin qiymətlərinin regionlara nisbətən daha baha olmasının bir neçə səbəbi var".

Bu sözləri iqtisadçı ekspert Xalid Kərimli Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, Bakıda insanların alıcılıq qabiliyyəti yüksəkdir:

"Paytaxtda kifayət qədər iş yeri olduğu üçün insanların baha qiymətlərə meyvə-tərəvəz almaq imkanı da olur. Yəni təlabat var. Üstəlik, Bakıda yaşayan insanların əksəriyyətinin meyvə-tərəvəzə yeganə çıxış yolu bazar və marketlərdir. Bina evində yaşayanlar üçün isə bunun alternativi yoxdur. 

Amma rayonda yaşayan insanların hər biri həyətlərində müxtəlif meyvə-tərəvəzlər yetişdirirlər: Həmçinin, rayonlarda iş yerləri və maaş az olduğu üçün oradakı insanlara baha qiymətə məhsul satmaq da mümkün deyil". 

354367

Ekspert onu da diqqətə çatdırıb ki, daşıma xərcləri də çox əhəmiyyətlidir:

"Nəzərə almaq lazımdır ki, dizelin də qiyməti bahalaşıb. Məsələn, əvvəllər yük maşınları 250 kilometr üçün 80 litr dizel işlədirdi, indi isə həmin məsafə üçün 100 litr dizel istifadə edirlər. Burada gediş-gəlişi, daşıma, boşaltma və yükləmə xərclərini də qeyd etməliyik. 

Bundan başqa, bazarlara giriş pulları və satış xərcləri də var. Supermarketlərdə isə bu xərclər daha çoxdur. Bu xərclərin çox olması və əhalinin yüksək alıcılıq qabiliyyəti isə Bakı ilə regionlar arasında qiymət fərqi yaradır".

Pərviz

0