Mənzil bazarında da qiymət stabilləşsə də həyət və bağ evlərinə tələb artıb.
Bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.
Fərdi evlərdə və torpaq sahələrinin qiyməti əvvəlki aya nisbətən 3.5 faiz artıb. Yaşayış binalarında tələb və qiymət dəyişməsə də qeyri-yaşayış sahələrinə tələbin artması qeydə alınıb.
Qeyri-yaşayış sahələrində qiymətdə 1.3 faiz aylıq artım qeydə alınıb. Yaşayış mənzillərinin kirayə qiymətləri cüzi - 0.7 % artasa da bağ evlərinin kirayə qiyməti 5.9 faiz yüksəlib.