İşdən icazə alanda maaşdan tutulur?

İQTİSADİYYAT
19:19 / 23.07.2024
347

Hit.az redaksiyasına izləyici sualı daxil olub. 

Özəl şirkətlərdən birində çalışan Mirzə Rəhimov bildirib ki, işdən icazə alanda maaşından müəyyən məbləğ kəsilir. Bu nə dərəcədə düzgündür və qanunauyğundur?

Hit.az-a açıqlama verən hüquqşünas Elvin Babayev bildirib ki, qanunvericilikdə işçinin icazə almaq hüququ barədə maddə yer almayıb.

"Lakin bu hal müəssisə daxili qaydalarla tənzimlənir. Qanunvericilikdə işçinin icazəyə görə maaşındıan tutulmasına dair də bir qayda yer almır. Müəssisə daxili qaydalara görə işçilərə illik 48 saat icazə haqqı verilir. Hər dəfə iki saatdan çox olmayaraq , ayda iki dəfə icazə almaq olar və buna görə, maaşdan məbləğ tutulmur", deyə o bildirib.

Murad

0