Biləsuvar RİH yarım milyonluq tenderi “sevimli şirkəti”nə verdi

İQTİSADİYYAT
14:15 / 23.07.2024
237

Biləsuvar Rayon İcra Hakimiyyəti (RİH) şəhər ərazisində avtomobil yollarının əsaslı təmiri işlərinin satınalınması ilə bağlı elan etdiyi tenderi yekunlaşdırıb.

İqtisadiyyat.az xəbər verir ki, RİH-in tenderinin qalibi bu dəfə də “Proqress İnşaat EN” MMC olub.

Belə ki, şəhər ərazisindəki avtomobil yolları büdcə vəsaiti hesabına təmir olunacaq.

İcra Hakimiyyətinin elan etdiyi məlumata görə, təmir işləri 564 min manata başa gələcək. Artıq RİH-lə şirkət arasında müqavilə də bağlanıb.

Qeyd edəki ki, “Proqress İnşaat EN” Biləsuvar RİH-in bundan əvvəllər də tenderlərinin qalibi olub. 2021-ci ildə yaradılan şirkət qısa müddət ərzində Bilsəuvar RİH-in “sevimli şirkəti”nə çevrilib. 

Xatırladaq ki, Biləsuvar RİH-in hazırkı icra başçısı Faiq Qürbətov 2020-ci ildən bu vəzifədə çalışır.

0