Bakı Metropoliteninin Müşahidə Şurasının tərkibi dəyişdi

İQTİSADİYYAT
15:53 / 24.07.2024
242

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibində dəyişiklik olunub.

HİT.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 mart tarixli 2553 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncama əsasən, MŞ üzvü, rəqəmsal inkişaf və nəqliyyatı nazirinin müavini Samir Məmmədovu digər nazir müavini Rəhman Hümmətov əvəzləyib.

0