Minimum əmək haqqı nə qədər artacaq?

İQTİSADİYYAT
20:19 / 24.07.2024
396

“İlin sonuna yaxın minimum əmək haqqının artması gözləniləndir. Bunun ehtimalı yüksəkdir”.

Bu sözləri Hit.az-a professor, iqtisadçı ekspert Elşad Məmmədli deyib.

O bildirib ki, Əmək haqqı Fondunun artırılması ilə bağlı konkret qərarlar qəbul olunub:

“Zənnimcə, minimum əmək haqqının artacağı rəqəm inflyasiya ilə bağlıdır. Dövlət inflyasiyaya istinad edərək , əmək haqqını artırmaq istəyir.  İnflyasiya sosial, iqtisadi proseslərə mənfi təsir etməməlidir”.

Həmsöhbətimiz onu da əlavə edib ki, dövlətin müvafiq resurs bazası var. Sosial müfadiə sistemində şəffaflığın əldə edilməsi, effektiv idarə edilmə qərarlarının verilməsi dövlətin bu istiqamətdə imkanlarını genişləndirib: 

“Hesab edirəm ki, investisiyaların dayanıqlı şəkildə artırılması, yerli istehsalın stimullaşdırılmasl, milli iqtisadiyyatın şaxələndirilməsi və rəqabət qabiliyyətinin yüksəlməsi kimi məsələlər ölkə hökumətinin prioritetində olmalıdır”.

Sevinc
 

0