“Açıq ərazilərdə nəqliyyat vasitəsi park edənlər bəzi hallarda ödəniş etmədən ərazini tərk edirdilər. Qapalı məkanlarda isə belə hal yaşana bilməz, çünki ödəniş edilməsə şlauqbaun açılmır”.
Bu fikri Hit.az-a nəqliyyat eksperti Aslan Əsədov deyib.
O bildirib ki, parklanmaya görə ödəniş etməyənlərin cəzası dayanma-durma uyğun sayılacaq:
“Məsələnin mahiyyəti ondan ibarətdir ki, sürücü dayanma-durma qaydalarına necə əməl edirsə, parklanmaya da o cür əməl etməlidir. Açıq məkanlarda nəqliyyat vasitəsi park edənlər əksər hallarda qaydalara fikir vermirlər. Avtomobil necə gəldi park olunurdu, üstəlik park edilmə müddətində artıq həmin yerdə dayanır və ödənişi isə etmirdilər”.
Sevinc