Bakı ilə müqayisədə bölgələrdə kredit faizi yüksəkdir

İQTİSADİYYAT
20:20 / 25.07.2024
457

"Kredit faizləri Bakı ilə rayonlar arasında ciddi fərqlənir".

Bu sözləri Hit.az-a millət vəkili Vüqar Bayramov deyib. 

O bildirib ki, Qarabağ iqtisadi rayonunda da kredit faizləri yüksəkdir:

"Ağcabədi, Ağdam, Bərdə, Füzuli və Tərtər rayonlarında banklar krediti orta hesabla 19.37 faizlə verirlər. Mil-Muğan və cənub bölgələrimizdə isə orta kredit 19 faizdən çoxdur. Mərkəzi Bank ən ucuz kreditlərin Bakıda təklif olunduğunu bəyan edib. Belə ki, paytaxtda orta kredit 10.98 faiz təşkil edir, bu da digər bölgələrimizdən kəskin şəkildə fərqlənir. Rayonlarda kredit faizlərinin yüksək olmasının əsas səbəblərindən biri bölgələrdə biznes kreditlərinə əlçatanlığın aşağı olmasıdır".

Sevinc

0