Füzulinin Aşağı Kürdmahmudlu kəndindən Hit.az redaksiyasına şikayət daxil olub.
Kənd sakinləri bildiriblər ki, kənddə içməli və suvarma sistemi üçün suyun olmaması kəndliləri çətin vəziyyətə salır:
“Hamımıza torpaq sahəsi də veriblər, amma əkin- biçin, mal-qara üçü su verilməsi nəzərdə tutulmayıb.
Köndələn çayını suvarma üçün yararlı etmək olar. Amma baxan yoxdur. Camaat pul yığdı, artezan çəkdirdi, mator aldı, onlar da sıradan çıxıb”.
Ümid edirik, kənd sakinlərinin giley- güzarına əlaqədar qurumlardan cavab gələr.
Murad