Qeyri-sabit hava şəraiti bazarda meyvə tərəvəzin qiymətini qaldırdı

İQTİSADİYYAT
20:37 / 29.07.2024
214

“Qeyri-sabit havalar həm məhsulların keyfiyyətinə, həm də məhsuldarlığa ciddi təsir göstərib. Hava şəraiti mövsümi bostan bitkilərinin qiymətinə təsir edib, bazarda məhsul qıtlığı yaşanır”. 

Bu sözləri Hit.az-a aqrar sahə üzrə ekspert Akif Nəsirli deyib. 

O bildirib ki, bəzi rayonlara düşən dolu təsərrüfatlara daha böyük ziyan vurub:

 “Yağışlı havalarda məhsul tədarükü də əngəllənir ki, bu daha ciddi problemdir. Sahələr şumdur, şumda yağış vaxtı məhsul yığmaq mümkün olmur. Qarşıdakı günlərdə pomidorun qiyməti bahalaşacaq. Digər tərəvəzlərin qiyməti onsuz da bahadır. Yaxın günlər müvəqqəti də olsa bazarda bahalaşma dalğası hiss edəcəyik”

Sevinc

0