Gəlib çatmışıq uyul ayının sonuna. Elə hey ümid edirdik ki, yay gələr, qışda piştaxtada qiymətin od tutub yandığına görə həsədlə baxdığımız meyvə-tərəvəzdən alıb, yeyərik.
Doyunca olmasa da, dadına baxarıq. Di gəl yay gəldi, qiymətlərdə dəyişiklik olmadı. Yayın ortasında yerli pomidor Afrikadan gələn banandan ikiqat bahadı. Badımcan, lobya hörmətə minib, ət qiymətinə satılır. Öz növbəsində əti də daha gərək qızıl tərəzisi ilə alaq. Göyərtinin dəstəsi qışda da yayda da eyni qiymətə oldu...
Su qıtlığı deyil ki, məhsul yoxdur deyək. Bazarı tənzimləyən qurum qiymət artımına, qiymət dəyişmək deyən gündən bu vəziyyət yarandı. 6 manata şor olar? Bir iki il öncə bu qiymətə əla növ kərə yağı satılırdı.
Avropa ilə ayaqlaşırıq.
Heç şübhəmiz olmasın. Bazarımıza girəndə onlar bunu təsdiq edirlər. Bircə cibimizdən xəbərləri yoxdur.
Murad