“Hazırda şəhər nəqliyyatının aparıcı infrastrukturunu təşkil edən şəhərətrafı marşrutların tənzimlənməsinə başlanılıb. Gediş-gəlişin asanlaşdırılması bu istiqamətdə müsbət mənada dəyişikliklərdən xəbər verir. Bunun prinsipial həlli ondan ibarətdir ki, rahat gediş-gəlişi təmin etməkdir. Uzaq məsafədən gələn vətəndaşlarımız bir yox, bir neçə marşrut dəyişməyə məcbur olurlar”.
Bu fikri Hit.az-a nəqliyyat eksperti Aslan Əsədov bildirib.
Ekspert hesab edir ki, həmin vətəndaşların da şəhərə daha rahat çatmasını təmin etmək lazımdır. Hazırda şəhər infrastrukturunun çətinliyi marşrut xəttləri ilə bağlıdır. Müsabiqəyə çıxarılacaq bir neçə nömrəli şəhərətrafı avtobus marşrutları bu sahədə yaşanan problemləri həll edəcək”.
Sevinc