Bu il Azərbaycanda iqtisadi artımın 3,5-4 %, o cümlədən qeyri-neft-qaz sektoru üzrə 5,5-6 % olacağı gözlənilir.
HİT.az xəbər verir ki, bunu Azəbaycan Mərkəzi Bankında (AMB) keçirilən mətbuat konfransında qurumun sədri Taleh Kazımov bildirib.
“Gələn il isə ölkədə ümumi daxili məhsulun (ÜDM) 2-2,5 %, o cümlədən qeyri-neft-qaz sektorunda 4-5 % artacağı proqnozlaşdırılır", - deyə o qeyd edib.