Tıxaca görə işə gecikənlərdən cərimə tutulur?

İQTİSADİYYAT
21:35 / 01.08.2024
262

Redaksiyamıza izləyici sualı daxil olub. 

"Tıxaca görə işə gecikmişəm. Maaşımdan gecikmyə görə tutulub. Ortada əsaslı səbəb varsa , bu cərimə ləğv oluna bilərmi"?

Hit.az-a mövzu ilə bağlı açıqlama verən hüquqşünas Elvin Babayev bildirib ki, qanunvericilikdə işə gecikməyə görə əməkhaqqından tutulma nəzərdə tutulmayıb:

“Hətta işçinin əməkhaqqısının müvafiq hissəsinin ödənilməsi üçün tutularaq, kreditorlara göndərilməsi də işçinin  razılığı əsasında olmalıdır. Bir çox şirkətlərdə işçilər işəgecikməyə görə cərimə edilir və bu məbləğ onların əməkhaqlarından tutulur. Məqsəd iş yerlərində əmək intizamını təmin etməkdir. Əmək Məcəlləsinin 186-cı maddəsinin “c” bəndində işçinin aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə edilməsi nəzərdə tutulub. Bu cərimə işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə tutulur”.

Murad

0