“Zamanla bu bankın fəaliyyətində ciddi probleminlərin olduğu aşkar olunub”

İQTİSADİYYAT
18:10 / 01.08.2024
256

“Yaxşı olar ki, İran Milli Bankının Bakı filialında nə kimi çatışmazlıqlar, pozğunluq aşkar olunduğu açıqlansın. Zamanla bu bankın fəaliyyətində ciddi probleminlərin olduğu aşkar olunub”. 

Bu sözləri Hit.az-a bank sahəsi üzrə mütəxəssis Əkrəm Həsənov deyib:

“Xatırladım ki, ötən il Mərkəzi Bankın qərarı ilə İran Milli Bankının Bakı filialı əmanət qəbulu dayandırıldı. Nəzərə almaq lazımdır ki, əmanət qəbul edə bilməyən bank gec-tez fəaliyyətini dayandırmalı olur”.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı (AMB) İran Milli Bankının Bakı filialında yoxlama tədbirləri həyata keçirib. Bankda bəzi çatışmazlıqlar aşkar olunub. Bu çatışmazlıqların aradan qaldırılması üçün tapşırıqlar verilib.
 
Sevinc

0