"Azərbaycana ən çox vəsait Rusiya və Türkiyədən daxil olur. Məlumdur ki, hər iki ölkədə yüz minlərlə soydaşımız yaşıyır".
Bu sözləri Hit.az-a iqtisadçı ekspert Natiq Cəfərli deyib.
O bildirib ki, hazırda Rusiyadan pul köçürmələri azalıb. Bunun səbəbi son zamanlar rublun kəskin şəkildə dəyərdən düşməsi ilə bağlıdır:
“Rubulla qazanan Azərbaycan vətəndaşları qazandıqlarını valyutaya çevirib, Azərbaycana göndərərkən daha az pul köçürməyə məcbur olurlar. Türkiyədə də eyni vəziyyət müşahidə olunur. Lirənin kəskin şəkildə dəyərdən düşməsi, lirə ilə qazanan vətəndaşlarımızın ölkəyə daha az vəsait göndərməsinə səbəb olub”.
Sevinc