Bakı sakinlərindən metropolitenlə bağlı şikayət almışıq.
İzləyicilərimiz bildirilər ki, bu yayın istisində bütün qatarlarda kondisionerlərin olmaması problem yaradır.
Hit.az redaksiyasına daxil olan şikayətdə deyilir.
“Qiymətləri qaldırıblar, heç olmasa xidmət keyfiyyətini də artırsınlar. Yalnız təzə qatarlarda kondisioner var deyə, hamı onlarla getməyə can atır. Digər qatarlarda insan çox olanda nəfəs almaq mümkün olmur. Bizi niyə düşünmürlər? Dəfələrlə metro qatarlarında istidən ürəyi sıxılan insanlar olub. Buna niyə çarə tapılmır?”
Ümid edirik, metropolitendən sərnişinlərin bu narazılığına cavab gələr. Amma əməli iş şəklində. Başdansovma açıqlama xətrinə yox.
Murad