Azərbaycanda internet qiymətləri kəskin bahalaşıb.
Belə ki, yeni tariflərə əsasən internet provayderləri aylıq ödənişi minimum 25 manat edib. Düzdür, yeni tariflərin tətbiq olunma vaxtının 15 avqust olacağı açıqlanıb.
Buna baxmayaraq, bəzi provayderlər avqustun ilk günlərindən müştərilərindən 25 manat ödəniş etmələrini tələb edirlər. Müştərilərin sözlərinə görə, ödəniş olunmadıqda isə internetin verilməsi dayandırılır. İddialarla bağlı sözügedən provayderlərlə əlaqə yaratmağa çalışsaq da, alınmadı.
Ümumiyyətlə, belə addımların atılması və aylıq minimum ödənişin 25 manat təyin olunması istehlakçıların hüquqlarının pozulması demək deyil?
Mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli Hit.az-a açıqlama verib. O bildirib ki, internet provayderinin fəaliyyət göstərdiyi bazar rəqabətli bazar deyil:
"Bu bazar təbii inhisar bazarıdır. Yəni sözügedən bazarda iştirakçılar məhduddur və sayı azdır. Bu isə avtomatik olaraq onlara bazarda hökmran mövqe yaradır. Onlar, bu mövqelərinə və bazarda söz sahibi olduqlarına görə isə rəqabət orqanı tərəfindən nəzarət edilməlidir. Çünki onların tutduğu hökmran mövqe olduğu üçün istehlakçıların hüquqlarının pozulması ehtimalı var. Bu isə araşdırılmalıdır".
Pərviz