Laçın rayonunun Bəylik yaşayış məntəqəsində birinci mərhələdə 91 fərdi yaşayış evlərinin tikintisinə başlanılır.
İqtisadiyyat.az-ın xəbərinə görə, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu bununla bağlı hazırlıqlara start verib.
Fond tikinti işlərini "Minera" şirkətinə həvalə edib və müqavilə bağlanılıb.
Fərdi yaşayış evlərinin tikintisi işləri üzrə bağlanılmış müqavilənin dəyəri 21.543.211,04 manatdır.
Bundan əlavə, şirkət Bəyliyin sahədaxili elektrik, su təchizatı, kanalizasiya, suvarma və parkın suvarma sistemi, qaz təchizatı, yol-küçə, abadlıq və yaşıllaşdırma işlərini də aparacaq. Bununla bağlı bağlanan müqavilənin dəyəri isə 11.359.018,94 manatdır.