“Azərbaycanda kərə və zeytun yağı az istehsal olunur. Bu səbəbdən də yerli istehsal olan kərə bə zeytun yağlarının qiyməti bahadır”.
Bu sözləri Hit.az-a aqrar sahə üzrə ekspert Akif Nəsirli deyib.
O bildirib ki, zeytunçuluq sahəsində məhsuldarlıq çox aşağı səviyyədədir:
“Bu məhsul üzrə xaricdən asılılığımız var. Eyni hal kərə yağında da müşahidə olunur. Azərbaycanın daxilində hazırlanan kərə yağlarının əksəriyyəti saxtadır. Bazarın təlabatı əsasən xaricdən idxal hesabına ödənilir. İdxal olunan təmiz kərə yağının qiyməti 20-25 manatdır. Bu yağların tərkibinə də qatqı əlavə edilir”.
Həmsöhbətimiz onu da əlavə edib ki, yerli istehsalı inkişaf etdirmək üçün bu sahəyə diqqət etdirilməlidir.
Sevinc