"Bakıda 1 ay sonra kirayə ev tapmaq olmayacaq" - Ekspertdən xəbərdarlıq

İQTİSADİYYAT
16:34 / 14.08.2024
280

"Nəticədə yeni tikilən binalarda kirayə mənzillərin qiyməti köhnə mənzillərdən 2 dəfə çox bahadır. Bu proseslər 2040-cı ilə qədər sürətlə davam edəcək ki, o zaman Bakının baş planı tam hazır olmalıdır".

Bu sözləri Lent.az-a açıqlamasında daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev deyib.

Onun sözlərinə görə, paytaxtda aparılan köhnə binaların söküntü işləri ilə yaxın gələcəkdə Bakıda kirayə mənzil tapmaq çox çətinləşəcək:

"Bağ evlərinin gündəlik və ya həftəlik kirayəsinə Bakıdan daha çox Azərbaycanın turistik bölgələrində tələbat artır. Həmin ərazilərdə evlərin gündəlik kirayə qiyməti minimum 50 manatdan başlayıb, 700-800 manatadək dəyişə bilir. Bu dərəcə qiymət artımının müxtəlif səbəbləri var. Həmin zonalarda turizimin inkişafı və quru sərhədlərin bağlı olması artıq insanların bölgələrə üz tutmağa sövq edir. 

Ümumi kirayə mənzil bazarına baxsaq, istər həyat, istərsə də bina evlərində kirayə qiyməti artıb, tələbat da. Çünki kirayə mənzil sayı xüsusən paytaxt Bakıda çox azalıb. Bir tərəfdən tikinti işləri gedir, digər tərəfdən köhnə çoxmənzilli yaşayış binalarının, həm də fərdi yaşayış evlərindən ibarət massivlər sökülür. Və bu zaman həmin ərazilərdəki mənzillər kirayə bazarına çıxır. Və yeni tikilən binalarda onlara mənzil verilənə qədər həmin ərazidə yaşayan insanlar uzunmüddətli kirayə axtarırlar. Nəticədə yeni tikilən binalarda kirayə mənzillərin qiyməti köhnə mənzillərdən 2 dəfə çox bahadır. Bu proseslər 2040-cı ilə qədər sürətlə davam edəcək ki, o zaman Bakının baş planı tam hazır olmalıdır. Yaxın gələcəkdə artıq Bakıda ucuz mənzil tapmaq çox çətin məsələyə çevriləcək".

0