"Xarici şirkətlərin Azərbaycan bazarına daxil olması ilə seçim imkanı çoxalır"

İQTİSADİYYAT
17:50 / 15.08.2024
327

"İnsanlar onlayn ticarətə daha çox üstünlük verir. Çünki onlayn alış-verişdə çeşid çoxdur, qiymət aşağıdır. Klassik ticarət nümayəndələri isə onlayn ticarətə həddindən artıq çox sərt reaksiya verir".

Bu sözləri Hit.az-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

O bildirib ki, xarici şirkətlərin Azərbaycan bazarına daxil olması ilə seçim imkanı çoxalır: 

"Ənənəvi, klassik ticarətin çökməməsi üçün dövlət tərəfindən müəyyən işlər görülməlidir. Həmçinin, son zamanlar onlayn ticarətlə bağlı narazılıqlar artır. Nəzərə almaq lazımdır ki, onlayn alış-veriş məsafədən aparılır. Buna görə də istehlakçılar diqqətli olmalıdırlar. Məsləhətim odur ki, istehlakçılar ödədikləri pulun qəbzini saxlasınlar. Məhsullar, adətən, metro çıxışlarında çatdırılma edilərək verilir. Bu zaman məhsula diqqətlə baxsınlar, iradları olduqları zaman dərhal geri qaytarsınlar".

Sevinc

0