Cari ilin yanvar-iyul aylarında Azərbaycan İtaliyaya 3 600 300,61 min ABŞ dolları dəyərində 5 671 605,25 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.
HİT.az-ın Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, Azərbaycanın ümumi neft ixracında ikinci yerdə İsrail qərarlaşıb. Hesabat dövründə bu ölkəyə 1 123 251,15 min dollar dəyərində 1 830 177,7 ton neft ixrac edilib.
Azərbaycanın neft ixracı üzrə siyahıda üçüncü yeri Çexiya tutur. Cari ilin yanvar-iyul aylarında bu ölkəyə 597 150,36 min dollar 941 737,86 ton neft ixrac edilib.
Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb.
Siyahıdan göründüyü kimi, hesabat dövründə 22 ölkəyə 9 225 936,2 min dollarlıq 14 696 092,26 ton neft ixrac edilib.
Azərbaycanın cari ilin yanvar-iyul aylarında neft ixrac etdiyi ölkələrin siyahısını (statistik dəyəri və həcminə görə) təqdim edirik: