İki gündür Əhmədlidə su yoxdur. Su xətlərində yaranmış qəzalı vəz iyyətlə bağlı təmir işləri gedir. Bundan istifadə edən işbazlar içməli suyun qiymətini qaldırıblar.
Hit.az-ın xəbərinə görə qablaşdırılmış suların qiymətində artım nəzərə çarpıb.
Belə ki, həmişə 5 litri 1 manat 25 qəpiyə satılan “Dalğa” sularının qiyməti heç bir səbəb göstərilmədən 1 manat 50 qəpiyə qaldırılıb.
Vətəndaşlar bu vəziyyətdən şikayətçi olublar.
“Təmir gedir, başa düşdük, su yoxdursa, dərhal qiymətləri qaldırmaqla Kərbəla zülmü yaşadırsınız insanlara? Bəs buna nəzarət edən bir qurum, bir təşkilat yoxdur? Hərə öz kefinə görə qiymət qoyur məhsula?”, deyə Əhmədlidə yaşayan vətəndaşlar müxbirimizə bildiriblər.
Murad