Kürdəxanıda it və yol böhranı

İQTİSADİYYAT
20:38 / 19.08.2024
248

Kürdəxanı və Zabrat arasındakı ərazidə insanlar vəhşi itlərin hücumundan əziyyət çəkirlər.

Bu barədə Hit.az-a həmin ərazidə yaşayan  sürücü Əli Qənbərov məlumat verib:

"Kürdəxanı kəndinə gedən yolların  üstündə çoxlu sayda yeni yaşayış məhəllələri tikilib. İnsanlar ana yola çıxıb, marşruta minmək üçün kilometrlərlə yolu piyada getməli olurlar. Yol deyirik, əslində çığırdır, yol salınmayıb. Elə torpaq yoldan gedə- gedə özlərinə kəsə yol açıblar. Amma bu yollarda təhlükə də var. Gecənin zülməti var,  vəhşi küçə itləri var. Ərazidəki itlərin əlindən küçəyə uşaqları buraxmağa qorxuruq. Xahiş edirik, bələdiyyə bu məslyə diqqət eləsin".

Murad

0