"Valyuta mübadiləsi kimi bank əməliyyatları üzrə xərclər yüksəkdir"

İQTİSADİYYAT
18:35 / 19.08.2024
192

"Banklar valyuta mübadiləsi üzrə gəlir marjasını təyin etməkdə sərbətdirlər. Bu sahədə bazarda rəqabət də var. Vətəndaşlar istədikləri bankda valyuta mübadiləsi edə bilərlər".

Bu sözləri Hit.az-a bank sahəsi üzrə ekspert Əkrəm Həsənov deyib. 

O bildirib ki, adətən Azərbaycan bankları  kreditlərdən qazanır:

 "Danılmaz faktdır ki, bizdə kredit faizləri həddindən artıq yüksəkdir. Bu səbəbdən də pul nağdlaşdırılması, valyuta mübadiləsi kimi bank əməliyyatları üzrə xərclər yüksəkdir".

Xatırladaq ki, Azərbaycan bankları valyuta mübadiləsi üzrə gəlir marjasını 3 faiz artırıblar. Azərbaycan Mərkəzi Bankının "Pul Siyasəti İcmalı"na əsasən, bu ilin I -ci yarısında Azərbaycan bankları ABŞ dollarını orta hesabla 1,6950 manatdan alıb, 1,7021 manata satıb.  Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 faiz çoxdur.

Sevinc

0