"Adətən yay aylarında ətin qiyməti aşağı düşürdü. Ancaq ötən ildən etibarən bunun əksi müşahidə olunur. Bunun səbəbi isə istehsalın azalmasıdır".
Bu sözləri Hit.az-a aqrar sahə üzrə ekspert Akif Nəsirli deyib.
O bildirib ki, örüş yerlərinin olmaması da heyvandarlığa təsir edir:
"Qiymət artımına səbəb olan amillərdən biri də qeyri-sabit hava şəraitidir. Havaların yağıntılı keçməsi biçində problemlər yaratdı. Yağış heyvanlar üçün yığılan yemlik otu məhv etdi, keyfiyyətini aşağı saldı. Həmçinin, yem bitkilərinin məhsuldarlığının aşağı olması heyvandarlıqla məşğul olan sahibkarları xərcə salır".
Sevinc