21 nömrəli avtobusa görə sərnişinlər niyə falçıya üz tutsun?

İQTİSADİYYAT
20:37 / 27.08.2024
278

Şəhərdə sürətlə təmir tikinti işləri davam etdirilir. Çox gözəl, Bakımız gözəlləşir. Hər şey insana xidmət üçündür.

Lakin bu işi bir qədər daha planlı şəkildə həyata keçirmək, vətəndaşı incitmədən təmir işləri aparmaq olardı.

Əsas problem isə həmişəki kimi marşrut xətləri ilə bağlıdır.

Hit.az-a müraciət edən Əminə Salayeva bildirib ki, hər gün işə 21 21 nömrəli avtobusla gedib gəlir:

"8 noyabr" prospektində təmir işləri getdiyinə görə avtobus öz yolunu dəyişib. Bunu da anlamaq olar. Ağ şəhərlə gedib-gəlir, biz də hardan getdiyini birtəhər öyrənməyə çalışırıq. Lakin yollar dolu olan kimi bu avtobus Babək prospekti ilə işləyir. Əvvəlcədən ya sərnişinlərə xəbərdarlıq edilsin, ya da tam olaraq, oradan işləsin. Yollara düzülüb, saatlarla avtobus gözləyirik. Biz avtobusun hansı yoldan keçəcəyini öyrənmək üçün falçıya getməliyik?, deyə o qeyd edib.

Murad

0