Azərbaycan Beynəlxalq Bankı (ABB) öz müştərilərinə ABB səhmlərini alıb, səhmdar olmağı təklif edir.
Bu bank tərəfindən buraxılan adi səhmlərdir. Bu səhmləri əldə edən şəxs ABB-nin səhmdarı olur və bir səhmdar kimi bankın illik xalis mənfəətindən dividend almaq, Səhmdarların Ümumi Yığıncaqlarında iştirak edərək, həmin yığıncaqlarda gündəliyə qoyulmuş mühüm məsələlər üzrə səs vermək hüququ qazanır.
Dividend səhmdar cəmiyyətinin qazandığı xalis mənfəətdən öz səhmdarlarına ödədiyi puldur.
Bankların bu cür təkliflərinin əsas mahiyyəti nədən ibarətdir?
Bank sahəsi ekspert Əkrəm Həsənov Hit.az-a deyib ki, bankların cəlbedici təkliflərinin mahiyyəti odur ki, onlar əlavə pul vəsaiti lazımdır. Dövlətdən artıq pulu ala bilmədikləri üçün bu yolu seçirlər. Banklar doğurdan da dividend ödəcəksə , bu yaxşı haldır. Ancaq təcrübə bunun əksini göstərir. Onların səsi az olur və heç bir əhəmiyyəti olmur:
“Qeydedilən bankda normal idarəetmə yoxdur. Belə olan halda orda dividend gözləmək düzgün deyil”.
Sevinc